Üz üçün gimnastika və masaj

Üzün klassik şəkildə masaj edilməsi onun cavanlaşması üçün möcüzələr yarada bilər. Masaj zamanı dərinin qan dövranı və maddələr mübadiləsi yaxşılaşır, dəri dartılır, cavanlaşır, sağlam və təravətli çalarlıq alır.

Üzün masajı, üz dərisi hətta həssas olduqda da aparıla bilər. Masaj həkim-kosmetoloq tərəfindən üz dərisi qocalmağa başlayan qadınlara (30 yaşından sonra) təyin edilir. Üzün masajı zərif bir iş olub, böyük məharət və bilik tələb edir. Ona görə də bu halda kosmetoloqun seçilməsinə çox diqqətlə yanaşmaq lazımdır. Masaj texnikasının düzgün şəkildə yerinə yetirilməməsi, dərinin qocalması prosesini gücləndirərək mövcud olan qırışları da artıra bilər. Üz masajı üçün əks göstərişlər: irinli səpgilər, üz damarların genişlənməsi, üzün tüklənməsi, yanıqlar, çatlar.

Dərinin cavanlığını qaytaran təsirli vasitələrdən biri də üz əzələləri üçün olan xüsusi gimnastik hərəkətlərdir. Onu da yalnız tələbat yarandığı halda yerinə yetirmək lazımdır (üzün dərisi sallanmağa, qırışlar isə əmələ gəlməyə başlayanda).

Sizə təqdim etdiyimiz qimnastika və masaj kompleksi üz əzələləri zəifləmiş qadınlar üçün nəzərdə tutularaq, məhz əzələlərin tonusunun qaytarılmasına yönəldilmişdir. Bu kompleksi yaşı 30-dan artıq olan qadınlar icra edə bilərlər. Onu da nəzərə alın ki, yalnız uzun müddət ərzində gündəlik olaraq yerinə yetirilən məşğələlər yaxşı effekt verə bilər. Yadda saxlayın ki, bütün masaj hərəkətləri yüngül və incə toxunmalarla yerinə yetirilməlidir. Dərinin güclü şəkildə sürtülməsi və dartılması yalnız mənfi nəticələrə səbəb ola bilər.
Ardı →

Yorğun dəri üçün maska

Yorğun dərini özünə gətirmək və təravət bəxş etmək üçün ən asan maska reseptini təqdim edirik. 

Çirkli hava şəraitindən, yaxud stressdən dolayı dəri yaşlanır. Bəs dərini cavanlaşdırmaq və parlaq etmək üçün nə etmək lazımdır? 

Bunun üçün bir çay qaşığı yaş mayanı bir çay qaşığı nar suyu ilə qarışdırın. Bu qarışığı hər gün dəriyə çəkin.

10 dəqiqə saxladıqdan sonra ilıq su ilə yaxalayın. Həmçinin hər gün bir parça buzu üzünüzdə gəzdirin. Yaxşı olar ki, buzu hər səhər yuxudan duranda tətbiq edəsiniz.
Davamı →

Dəri gözəlliyi üçün süd

Gözəl və sağlam dəri üçün balanslı qidalanmaq vacibdir. Dəri üçün faydalı qidalardan biri süd və süd məhsullarıdır. Südün tərkibində olan zülal, antioksidant, sink, vitamin və minerallar dəri sağlamlığına yaxşı təsir göstərir, qara nöqtələr və dəri iltihabı kimi riskləri aşağı salır.

Məlumata görə, gün ərzində iki stəkan süd içmək gündəlik sink ehtiyacının təxminən 14, A vitamini ehtiyacının isə 16 %-i qarşılayır.

Xüsusilə gənclərdə olan qara nöqtələr kimi dəri problemləri azaldır. Tərkibində olan laktoferrin dərinin yağ tarazlığını qoruyur. Eyni zamanda süd zülalları hüceyrə yenilənməsinə və toxumalara yaxşı təsir göstərir.

Südün dəridəki başqa bir faydası kimyəvi tərkibli dəri şişlərinin meydana gəlməsinə mane olmasıdır. Südün tərkibində olan zülallar və antioksidantlar dəri sağlamlığını qoruyur.

Südlü məhsullarla qidalanmaq dəri sağlamlığı üçün əhəmiyyətlidir. Yetkin fərdlərin, uşaqların, hamilə qadınların və yeni uşağı olanların hər gün 2 stəkan süd içilməsi məsləhət görülür. Südün tərkibində olan zülallar və antioksidantlar dəri sağlamlığını qoruyur.
Davamı →

Yaz aylarında tonal kremdən istifadə

Solğun dəri və gözaltı kölgələri gizlətmək üçün istifadə olunan tonal kremlər, hər bir makiyajın əsas hissəsidir.
Max Factor vizajistinin dediyinə əsaən tonal kremi,üz dərisinə massaj cizgiləri üzrə çəkmək lazımdır. Bunu, əllə, makiyaj üçün xüsusi süngər və kistlə etmək olar. Duru və yüngül kremləri əllə çəkərək, sonradan artıq qalan hissəni süngərlə götürmək məsləhətdir. Daha qatı kremləri isə kistlə sürtülür.
Yaz aylarında bizə tonal krem nə üçün lazımlıdır:
Davamı →

Portağal maskası

Sızanaqlar dərinin bütün gözəlliyini pozmaqla əhvalımızı da korlayır. Bəs qış aylarında onlardan xilas olmaq üçün nə etməli?

Əgər xroniki sızanaq problemi yaşayırsınızsa, bu maskanı mütləq edin. Hər dəri tipinə uyğun olan maskanın tərkibində kimyəvi maddələr olmadığı üçün allergiya yaratmır.

Ərzaqlar və hazırlanması:
Bir ədəd portağal qabığını sürtgəcdən keçirin, sonra yaxşıca əzib krem halına gətirin. İçinə bir çay qaşığı portağal suyu əlavə edib, yenə qarışdırın. Sonra bir çay qaşığı karbonatı əlavə edib qarışdırın. Bu maskanı hər gün sızanaqların üstünə çəkin.


Davamı →

Dərinin dərin təmizlənməsi

buxar vannasıDərinin dərin təmizlənməsi — bir neçə etaplı prosesdir. Dərin təmizlənmə müvafiq tələbat yarandıqda və dərinin tipindən asılı olaraq həyata keçirilir. Quru dəriyə nisbətən yağlı dərinin dərin təmizlənməsi daha tez-tez aparılmalıdır. Dərinin dərin təmizlənməsinə efir yağları, dəniz duzları və ya otlar ilə hazırlanan buxar vannaları ilə başlamaq olar. Quru dəri bu üsulla ayda bir dəfə olmaqla, yağlı dəri isə ayda iki dəfə olmaqla təmizlənə bilər. Dərinin buğa verilməsi dərini müxtəlif çirklənmələrdən, sızanaqlardan, ölmüş hüceyrələrdən təmizləyir.

Dərinin buğa verilməsi zamanı qan damarlarının genişlənməsi nəticəsində yerli qan dövranının yaxşılaşması, tər və piy vəzilərinin fəaliyyətinin normallaşması, dəridə mübadilə proseslərinin yaxşılaşması baş verir. Nəticədə dəri təmiz və hamar olur, sağlam şəkil alır. Yadda saxlamaq lazımdır ki, dərinin buğa verilməsi prosesini çox ehtiyatla aparmaq lazımdır!


Ardı →

Piqment ləkələrlə mübarizə

Kosmetoloqlar piqment ləkələri ilə bir neçə üsullarla mübarizə aparırlar:

1. Ləkələrin tərkibində ağardıcı komponentlər olan xüsusi kosmetik maskaların köməkliyi ilə ağardılması. Belə maska yalnız mütəxəssis tərəfindən hazırlanaraq tətbiq edilə bilər.

2. Krioaplikasiya. Bu maye azotla olan müalicə üsuludur. Proseduradan sonra ləkə sahəsi xeyli dərəcədə qızarmış olur. 2-3 gündən sonra isə piqment sahəsindəki dərinin üst qatı tündləşir və xaric olur.

3. Fototerapiya. Bu proseduranı melanini parçalayan yüksək intensivli işıq mənbəyi vasitəsi ilə yerinə yetirirlər.

4. Lazer üsulu. Lazerin təsiri ondan ibarətdir ki, tərkibində yüksək miqdarda melanin olan dəri hüceyrələri onlara tərəf istiqamətlənmiş olan lazer şüalarını udaraq məhv olur.


Ardı →

Gözəllik inyeksiyaları

gozəllik inyeksiyaları“Gözəllik inyeksiyaları” (botoks və s.) köməyilə alında və qaşların arasındakı mimiki qırışları, burun-ağız ətrafındakı və gözlərin yanındakı qırışları aradan qaldırmaq olar. Mimiki qırışlar ona görə əmələ gəlir ki, üzümüz daima “hərəkət edir” — biz gözümüzü qıyırıq, gülürük, gülümsəyirik və s. Metodun mənası ondan ibarətdir ki, dəri altına bəzi üz əzələlərini hərəkətsiz edən xüsusi preparatlar yeridilir. Nəticədə dəri hamarlaşır.

Qırışlar dərhal deyil, bir neçə gün ərzində yox olur. Preparatın təsiri 5-6 ay davam edir. Preparatlar mimiki qırışlara nazik iynələrlə yeridilir. Hər bir sahəyə 10-15 iynə vurmaq lazımdır. İşlənəcək sahəni ağrısızlaşdırmaq üçün onun üzərinə əvvəlcə ya sərinləşdirici paket qoyulur və ya keyləşdirici krem vurulur.

“Gözəllik inyeksiyalarını” plastik cərrah və ya artıq bu sahədə xeyli təcrübəsi olan həkim-kosmetoloq etməlidir. Qeyri-professionalların əlində bu inyeksiyalar təhlükəlidir, belə ki, texniki cəhətdən düzgün yerinə yetirilməyən inyeksiya nəticəsində üzün əyilməsi, göz qapaqlarının sallanması baş verə bilər.


Ardı →

İlbizlə gözəlləşənlər

Tokioda bir gözəllik salonu təbii yapon ilbizlərindən istifadə etməklə üz dərisini cvanlaşdıran qulluq təklif edir. Bu xidmətin 5 dəqiqəlik qiyməti təxminən 100 dollardır. İlbiz üzün dərisini elastik etməklə, quru, qabıq verən hissələri də aradan götürür.

Bu salonda beş ədəd bir illik təbii yapon ilbizi saxlanır, lakin onlar gündə yalnız bir müştəriyə qulluq ediləcək miqdarda selik buraxa bilirlər.

Müştərilərin üzündə gəzmədikləri vaxtlarda ilbizləri temperaturu tənzimlənən, rütubətli yerdə saxlayır və yüksək keyfiyyətli tərəvəzlə yemləyirlər. Belə güman edilir ki, ilbizlərin ifraz etdikləri selik müalicəvi keyfiyyətə malikdir.


Ardı →

Gözəllik mənbəyi - Maya

Mayanın gözəllik mənbəyi olduğu hələ qədim zamanlardan məlum olub.
Misirli qadınlar hələ qədim zamanlarda gözəlləşmək üçün dərilərinə maya çəkirmişlər. Mayanın mikrob öldürücü xüsusiyyətlərini kəşf etdikdən sonra yara məlhəmi kimi istifadə edilib.

Mayadan yaraları dezinfeksiya üçün istifadə edilib. Mayanın tərkibində dərinin ehtiyacı olduğu hər cür vitamin və minerallar var. Xüsusən də qara nöqtələr və sızanaqlı dərilər üçün çox faydalıdır. Qaraciyəri toksinlərdən təmizləyərək dərini aşırı yağlanmağa qoymur.

Gözəlliyin sirri həqiqətən də mayada gizlənib. Onunla saçlara masaj edə, süddə əridərək üzünüzə və əllərinizə çəkə bilərsiniz. Gözəlliyinizin ehtiyacı olduğu bütün lazımlı maddələrin olduğu mayanı mətbəxinizdən əskik etməyin.


Ardı →